Ermənistan Polisinin eks-rəhbəri 2 milyonluq villasını sata bilmir

   Ermənistan Polisinin eks-rəhbəri    2 milyonluq villasını   sata bilmir
  04 Fevral 2023    Oxunub:636
Ermənistan Polisinin keçmiş rəhbəri Vladimir Qasparyan "Axtanak" parkının yanında yerləşən bahalı malikanəsini satır.
AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Ermənistanda keçmiş polis rəisinin arvadına cinayət işi açıldı - Külli miqdarda yeyinti
Nəşr bildirir ki, malikanə 2 milyon 300 min dollara dəyər qoyulub və artıq villaya alıcılar da tapılıb. Bununla belə, bütün sual Qasparyanın yaşayış sahəsini satıb-sata bilməyəcəyi ilə bağlıdır. Çünki villaya “Qeyri-qanuni mənşəli əmlakın müsadirəsi haqqında” qanuna əsasən mülki məhkəmə prosesi çərçivəsində həbs qoyulub.

İşə hazırda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində baxılır. Nəşr məsələyə münasibət öyrənmək üçün Qasparyanla əlaqə saxlamaq istəsə də alınmayıb. Jurnalist eks-məmurun vəkili Varazdat Asatryana müraciət edib. O, məlum qalmaqallı mülk məsələsindən məlumatı olmadığını bildirib və digər suallara cavab verməkdən imtina edib. Baş Prokurorluqdan qəzetə verilən açıqlamada isə deyilib ki, malikanə həqiqətən də həbs altındadır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Mülk   Həbs  





Xəbər lenti