Türkmənistan Özbəkistana pulsuz qaz verəcək

Türkmənistan Özbəkistana pulsuz qaz verəcək
  04 Fevral 2023    Oxunub:615
“Türkmengaz” dövlət konserni Özbəkistana maye qaz tədarük edəcək.
Bununla bağlı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sərəncam imzalayıb. Qeyd olunub ki, maye qaz pulsuz veriləcək və qarşılığında heç bir vəsait alınmayacaq.

Qeyd edək ki, ötən ilin sonundan başlayaraq anomal soyuqlar səbəbindən qaz və elektrik enerjisi istehlakı kəskin artıb və nəticədə Özbəkistanda enerji qıtlığı yaranıb. Ölkənin bir sıra rayonlarında hətta qazdoldurma stansiyalarının fəaliyyəti dayanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti