Ruisyada ağır yol qəzasında 4 nəfər ölüb

Ruisyada ağır yol qəzasında 4 nəfər ölüb
  04 Fevral 2023    Oxunub:692
Rusiyada Saratov vilayətinin Balakovo rayonunda "Lada Largus" markalı nəqliyyat vasitəsi ilə "Scania" markalı yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Bu barədə Teleqram kanalında Saratov vilayəti hökumətinin əhalinin həyat təhlükəsizliyi departamentinin rəhbəri Yuri Yurin məlumat verib. Ölən və yaralananlar arasında azyaşlılar yoxdur. İlkin məlumatlara görə, qəza "Lada Largus"un sürücüsünün qarşıdan gələn zolağa çıxması nəticəsində baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti