"Turkish Airlines" 240-a yaxın aviareysi təxirə saldı

"Turkish Airlines" 240-a yaxın aviareysi təxirə saldı
  04 Fevral 2023    Oxunub:739
"Turkish Airlines" pis hava şəraiti ilə əlaqədar İstanbul Beynəlxalq Hava Limanından fevralın 5-i və 6-na planlaşdırılan 238 aviareysin təxirə salındığını açıqlayıb.
Ötən cümə günü aviaşirkət fevralın 5-dək İstanbulu əhatə etməli olan güclü qar səbəbindən uçuşların göndərilməsi və qəbulu cədvəlində mümkün dəyişikliklər barədə xəbərdarlıq edib. Şirkət sərnişinlərə uçuşların vəziyyətini Türk Hava Yollarının saytı nda əvvəlcədən yoxlamağı tövsiyə edib.

İstanbulun Asiya hissəsində yerləşən Sabiha Gökçen hava limanında uçuşların ləğvi və ya vaxtının dəyişdirilməsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti