Mask reklam gəlirlərini "Twitter" istifadəçiləri ilə bölüşəcək
Qeyd etmək lazımdır ki, "YouTube" və "TikTok" kimi digər platformala da yaradcılara dəstək verir. Bununla belə, yalnız abunəçilərin sayı və ya nişan üçün tələblərə cavab verən müəlliflər orada ödənişlərə arxalana bilər. Twitter-də oxşar tələblərin olub-olmayacağı bəlli deyil.
Qeyd edək ki, "Twitter Blue" abunəsinin qiyməti ayda 8 dollardır. Abunəçilər adın yanındakı “mavi işarə” ilə yanaşı, tvitləri redaktə edə bilərlər (yayımdan sonra 30 dəqiqə ərzində), oxu rejimi, həmçinin 1080p formatında video yükləmək imkanına malik olurlar.
Gələcəkdə "Twitter Blue" abunəçiləri reklamı daha az görəcəklər və daha uzun videolar yerləşdirə biləcəklər (cari limit 140 saniyədir).
Qeyd edək ki, İlon Mask təxminən üç ay əvvəl "Twitter"in sahibi oldu, lakin artıq şirkəti və sosial şəbəkəsini alt-üst etməyi bacarıb. Bu müddət ərzində Mask əsas top-menecerləri işdən çıxarıb, işçilərin sayını 50% azaldıb, ömürlük qadağaları ləğv edib və mühüm reklamçılarını itirib.
Teqlər: