Türkiyə, Suriya və Rusiya kəşfiyyat nümayəndələri görüşəcək

   Türkiyə, Suriya və Rusiya kəşfiyyat nümayəndələri görüşəcək
  05 Fevral 2023    Oxunub:571
"Türkiyə, Suriya və Rusiyanın müdafiə nazirlikləri və kəşfiyyat idarələrinin texniki nümayəndə heyətləri fevralda görüşmək niyyətindədirlər". Bunu “Sözcü” qəzetinə müsahibəsində Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
O, qeyd edib ki, Suriya ərazisinin üçdə biri terrorçuların nəzarəti altındadır.

"Biz deyirik: Suriyanı tərk etsək, terrorçuları kim dayandıracaq, miqrasiyanın qarşısını kim alacaq? Suriya-Rusiya-Türkiyə üçtərəfli görüşünün davamı çərçivəsində bu ölkələrin müdafiə nazirlikləri və kəşfiyyat idarələrinin texniki nümayəndə heyətlərinin bu ay görüşü keçiriləcək. Dialoqu davam etdirəcəklər”, - deyə Akar bildirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Türkiyə, Rusiya və Suriya arasında planlaşdırılan yüksək səviyyəli danışıqlara qoşula biləcəyini etiraf edib. O, bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinə Türkiyə, Rusiya və Suriya liderlərinin görüşünü keçirməyi təklif edib, lakin ondan əvvəl kəşfiyyat xidmətləri, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi rəhbərlərinin görüşü keçirilməlidir.

Ötən ilin dekabrında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti