Ərdoğan hökuməti toplayır: İsveç və Finlandiya da müzakirə olunacaq

      Ərdoğan hökuməti toplayır:    İsveç və Finlandiya da müzakirə olunacaq
  05 Fevral 2023    Oxunub:718
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabineti ilə seçki təqvimini, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesini müzakirə edəcək.
Bu barədə RİA Novosti məlumatlı mənbəyə istinadən xəbər verir.

"Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sabah Nazirlər Kabinetinin iclası keçiriləcək. Gündəlikdəki ən mühüm məsələlər seçki təqvimi, iqtisadiyyat və İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesidir", - mənbə bildirib.

Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün NATO-nun baş katibinə müraciət edib. Bu günə qədər müraciət 30 ölkədən yalnız ikisi tərəfindən ratifikasiya olunmayıb - bunlar Macarıstan və Türkiyədir.

İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billström bir müddət əvvəl bildirib ki, Quranın yandırılması ilə bağlı aksiyalar fonunda krallığın NATO-ya qəbulu prosesi dayandırılıb.

Lakin o, iyulda Vilnüsdə alyans ölkələrinin xarici işlər nazirliklərinin sammitində Ankara ilə razılığın əldə oluna biləcəyinə ümid etdiyini bildirib.

Öz növbəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin Şimali Atlantika Alyansına müraciətinin İsveçdən ayrı ratifikasiya prosedurunun davam etdirilməsinin mümkünlüyünü etiraf edib, lakin sonradan öz sözlərini geri götürüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti