Aİ Gürcüstanı hədələdi: "Sanskiyalara qoşulun və ayıq-sayıq olun"

      Aİ Gürcüstanı hədələdi:    "Sanskiyalara qoşulun və ayıq-sayıq olun"
  05 Fevral 2023    Oxunub:746
Avropa İttifaqının xarici əlaqələr xidmətinin spikeri Peter Stano Gürcüstan hökumətini Rusiyaya qarşı Aİ hakimiyyətinin tətbiq etdiyi aviasiya sanksiyalarına əməl etməyə çağırıb.
O qeyd edib ki, Aİ-nin sanksiya rejimi Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən yayınmağı dəstəkləyənlərə qarşı ikinci dərəcəli sanksiyalar nəzərdə tutur.

"Avropa İttifaqı Gürcüstanı Avropa İttifaqı və digər ölkələrin Rusiyaya qarşı aviasiya sahəsində tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yayınmaq üçün hər hansı mümkün cəhdlərə qarşı ayıq-sayıq qalmağa çağırır”, – Peter Stano Netgazeti portalının sorğusuna cavab olaraq bildirib.

Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Gürcüstanla hava nəqliyyatının tezliklə bərpasına ümid edir. Nazir Gürcüstan hökumətinin mövqeyini də “cəsarətli” adlandırıb. Onun sözlərinə görə, onlar Qərb dövlətlərinin deyil, öz ölkələrinin “maraqlarını rəhbər tuturlar”.

Hakim “Gürcü arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze Sergey Lavrovun təklifini dəstəkləyib. Bununla belə, Gürcüstan prezidenti Salome Zurabişvili Moskva ilə uçuşların bərpasını müsbət qarşılamadığını bildirib. Onun fikrincə, rusiyalı nazirin bəyanatı Gürcüstanın Qərb tərəfdaşları ilə münasibətlərində parçalanmaya səbəb olmaq məqsədi daşıyır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti