Suriyada zəlzələdə ölənlərin sayı 960 nəfəri ötüb - YENİLƏNİB - 4

 Suriyada zəlzələdə ölənlərin sayı 960 nəfəri ötüb -  YENİLƏNİB - 4
  06 Fevral 2023    Oxunub:2567
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 960 nəfəri ötüb.
Bu barədə TASS Suriya Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində daha 2400 nəfər yaralanıb.

***

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 430-a, yaralıların sayı isə 1 315 nəfərə çatıb.

AzVision.azxəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

***
Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ Suriyanın müxtəlif bölgələrində azı 427 nəfərin həyatını itirməsinə, yüzlərlə insanın isə yaralanmasına səbəb olub.

Zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya, Tartus və Rakka əyalətlərində güclü hiss olunub və böyük dağıntılara səbəb olub. Əsəd rejiminin xəbər agentliyi SANA-nın xəbərinə görə, Hələb, Həma və Latakiya əyalətlərində rejimin nəzarətində olan bölgələrdə 237 nəfər həyatını itirib, 639 nəfər isə yaralanıb. Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə onlarla bina dağılıb və ya zədələnib. Suriyanın şimalındakı müxtəlif yaşayış məntəqələrində isə ən azı 190 mülki vətəndaş həyatını itirib, yüzlərlə mülki şəxs isə yaralanıb.Buna görə İdlibdə 100, Afrində 70 və Hələbin qərbində ən azı 20 mülki vətəndaş həyatını itirib.

Axtarış-xilasetmə işləri davam edir.

***
Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ Suriyada da hiss edilib. Son məlumata görə zəlzələ nəticəsində ölkədə 230 nəfər ölüb.

AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriyanın şimal hissəsində hiss edilən zəlzələ Halep, Hama və Lazkiyə şəhərlərində çoxsaylı binaların dağılmasına səbəb olub.

Dağıntılar səbəbindən ən az 516 nəfərin yaralandığı bildirilib.

****
Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,4 bal gücündə zəlzələ qonşu ölkələrdə də hiss olunub.

AzVision.az xəbər verir ki, güclü zəlzələ Suriya, İraq, Livan, İordaniya, İsrail və Misirdə də hiss olunub.

İlkin məlumata görə, Suriyada azı 100 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Hələb və Həma şəhərlərində dağılmış binaların olduğu, paytaxt Dəməşqdə olanların küçələrə axışdığı barədə məlumatlar paylaşılıb.





Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti