Maştağa-Zabrat yolunda ağır qəza: ölən var

 Maştağa-Zabrat yolunda ağır qəza: ölən var
  18 May 2014    Oxunub:1436
Mayın 18-nə keçən gecə Bakıda daha bir dəhşətli yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Maştağa-Zabrat yolunda, Məmmədyarov dairəsi yaxınlığında “MG” və “BMW” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 2 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha 4 nəfər isə ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan birini sıxılmış vəziyyətdə qalmış avtomobil hissələrinin arasından FHN-in xilasediciləri çıxarıb.

Bildirilir ki, qəzaya avtomobillərdən birinin həddindən artıq sürətlə hərəkət etməsi və digərinin yoluna çıxması səbəb olub
(lent.az)


Teqlər:  





Xəbər lenti