Tarixi Qaziantep qalası zəlzələdə dağıldı - VİDEO

   Tarixi Qaziantep qalası zəlzələdə dağıldı -    VİDEO
  06 Fevral 2023    Oxunub:377
Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ nəticəsində tarixi Qaziantep qalası dağılıb.
Nə zaman inşa edildiyi məlum olmayan qaladan Roma dövründə müşahidə məqsədi ilə istifadə edildiyi məlumdur. Qaziantəpdə Alleben dərəsinin kənarında, qismən təbii qayalıq, qismən də təpənin üstünə qurulub.

Qeyd edək ki, Türkiyədə baş verən güclü zəlzələdə nəticəsində ölənlərin sayı 284-ə yüksəlib.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib. O bildirib ki, yeraltı təkanlar nəticəsində 1710 bina dağılıb, 2323 nəfər yaralanıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti