Zəlzələdə 3 hərbçi şəhid oldu

   Zəlzələdə 3 hərbçi şəhid oldu
  06 Fevral 2023    Oxunub:1084
Türkiyədə baş verən güclü zəlzələdə nəticəsində 3 hərbçi şəhid olub. Bu barədə Türkiyənin müdafiə naziri Hulisi Akar məlumat verib.
“Təəssüf ki, 3 şəhidimiz və yaralılarımız var. Şəhid və yaralılarımızla bağlı lazımi işlər görülür.
Əlaqə saxlaya bilmədiyimiz kadrlar var, onların kimliklərini təsdiqləməyə çalışırıq.

İndi ən mühüm məsələ dağıntılar altında qalan əməkdaşlarımızı çıxartmaqdır. Digər tərəfdən, bölgələrdəki valilərlə lazımi koordinasiya əldə olunub və biz tələbləri yerinə yetirmək üçün işimizi davam etdiririk”.

Qeyd edək ki, Türkiyədə baş verən güclü zəlzələdə nəticəsində ölənlərin sayı 284-ə yüksəlib.
Yeraltı təkanlar nəticəsində 1710 bina dağılıb, 2323 nəfər yaralanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti