Malatyada 4 azərbaycanlı tələbə dağıntılar altından çıxarıldı

      Malatyada 4 azərbaycanlı tələbə dağıntılar altından çıxarıldı
  06 Fevral 2023    Oxunub:1708
Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.
Xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər. S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.

Qeyd edək ki, güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3 471 bina dağılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti