İsveçin baş naziri: “Ankara hazır olduqdan sonra danışıqlar bərpa ediləcək”
Kristersson qeyd edib ki, danışıqların bərpası üçün ilkin şərtlər yaxşıdır, lakin Türkiyədə may ayında keçiriləcək seçkiləri nəzərə alsaq, Ankaranın ilk növbədə daxili siyasətə fokuslandığı aydın görünür.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün müraciət edib. Türkiyə əvvəlcə həmin ölkələrin NATO üzvlüyünə qarşı çıxıb və onları terrorçuları himayə etməkdə təqsirləndirib, alyansın Madrid sammitindən sonra isə ekstradisiya məsələsi barədə Helsinkiyə və Stokholma sorğular göndərib. Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında “Qurani-Kərim”in yandırılmasından sonra Ankara ilə İsveç arasında danışıqlar dayandırılıb.
AzVision.az
Teqlər: