Əsədin qızından qalmaqallı çağırış: Yardım etməyin

  Əsədin qızından qalmaqallı çağırış:    Yardım etməyin
  08 Fevral 2023    Oxunub:1335
Suriya prezidenti Bəşər Əsədin qızı Zein Əsəd qalmaqallı çağırış edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısının qızı dağıdıcı zəlzələ ilə bağlı müraciətində Suriyada müxalifətin nəzarətində olan ərazilərə yardım edilməsini istəmədiyini bildirib.

"İdlibdə terrorçuları dəstəkləyən qruplar var. Bu yardımlar Hələb, Lazkiyə və Həmaya çatmayacaq", - deyə Zein Əsəd minlərlə insanın kömək gözlədiyi məqamda yardımların əleyhinə olduğunu gizlətməyib.

Prezidentin qızının fikirləri birmənalı qarşılanmayıb və bu addım etiraz doğurub.

Qeyd edək ki, son məlumatlara görə, Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2530, yaralananların sayı 4645 nəfərə çatıb. Suriyanın zəlzələdən zərər çəkən İdlib, Hələb, Hama, Lazkiyə və Tartus əyalətlərində axtarış-xilasetmə işləri davam edir.

Əsəd rejiminin nəzarətində olan bölgələrdə 1250 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Suriyanın şimalında, müxalifətin nəzarətində olan bölgələrdə isə 1280 nəfər həyatını itirib, yaralananların sayı 2600 nəfəri ötüb.
AzVision.az


Teqlər:





Xəbər lenti