Türkiyədə zəlzələdə ölənlərin sayı 17 mini keçib - YENİLƏNİB

 Türkiyədə zəlzələdə ölənlərin sayı 17 mini keçib -  YENİLƏNİB
  09 Fevral 2023    Oxunub:2825
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134-ə çatıb
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, hazırkı saata qədər yaralananların sayı 70 347 nəfərdir.

Axtarış-xilasetmə tədbirləri davam edir.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 66 132 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.

***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 16 min 170-ə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyyədə açıqlama verib.
O, yaralıların sayının 64 190 nəfərə yüksəldiyini söyləyib.

***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 014 nəfərə çatıb.

AzVision.azTRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
O, yaralıların sayının 63 794 nəfərə yüksəldiyini söyləyib
***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti