Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindənverilən məlumata görə, xəritə üzərində iş gedir: "Bu uzun çəkən prosesdir. Hazırda xəritənin hazırlanması prosesi davam edir. İşin həcmi böyük olduğundan xəritənin nə vaxt tam hazır olacağı məlum deyil", - qurumdan bildirilib.
Qeyd edilib ki, artıq Bakının rayonlarının bir hissəsinin xəritəsi işlənib hazırlanıb:
"Digər ərazilərin işlənməsi prosesi də aparılır".
Xatırladaq ki, Bakının seysmoloji xəritəsinin hazırlanmasına 2012-ci ildə start verilib. (Trend)
AzVision.az
Teqlər: