"Qardaşın vəzifəsi qardaşa kömək etməkdir" - Pensiyasını Türkiyəyə göndərən Hacı Mirzə

   "Qardaşın vəzifəsi qardaşa kömək etməkdir" -  Pensiyasını Türkiyəyə göndərən Hacı Mirzə
  10 Fevral 2023    Oxunub:1439
Lənkəran rayonunun Göyşaban kənd sakini 87 yaşlı Hacı Mirzə Səfərov Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım məqsədi ilə pensiyasından 100 manatı (1110 TL) AFAD-a köçürüb.
87 yaşlı Mirzə baba bununla bağlı AzVision.az-a danışıb.

"Televizorda Türkiyədə zəlzələ yerini gördüm. Orada kömək məqsədilə pul köçürülməsini deyirdilər. İki gün idi ki, pul köçürmək istəyirdim. Heç kəs mənə kömək etmədi. Axırda rayon mərkəzinə gedib, "Kapitalbank"a müraciət etdim. Orada bir qız mənə kömək etdi və köçürdüm".

Kənd sakini növbəti pensiyasında kömək məqsədilə daha 50 manat köçürəcəyini deyib:

"Onlar (Türkiyədə zəlzələdən zərər çəkənlər- red) bizim bacı-qardaşlarımızdır. Qardaşın da vəzifəsi qardaşına kömək etməkdir. Çətin anda hər birimiz səfərbər olmalıyıq. Bu, hər birimizin borcudur. Bu gün 100 manatı köçürdüm, 50 manat da köçürəcəyəm".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti