Elçin Şıxlı Mətbuat Şurasından çıxdı

Elçin Şıxlı  Mətbuat Şurasından çıxdı
  20 May 2014    Oxunub:1530
“Zerkalo” qəzeti Azərbaycan Mətbuat Şurasının təsisçilər heyətindən çıxıb. “Mətbuat Şurasından çıxmaq haqqında ərizə bir həftə əvvəl verilib”, deyə qəzetin baş redaktoru Elçin Şıxlı "Turan"a bildirib.
“Bu qərarı MŞ-nin “Zerkalo” qəzetinin düşdüyü ağır vəziyyətə biganə qaldığını gördükdən sonra qəbul etdim. MŞ sədri Əflatun Amaşov bir dəfə belə zəng edib vəziyyətimizlə maraqlanmadı”,- deyə Şıxlı bildirib.

“Zerkalo” qəzeti 2003-cü ilin martında təsis edilmiş Mətbuat Şurasının təsisçilərinin ilk sıralarında idi. Şıxlı 2012-ci iə qədər MŞ-nin İdarə Heyətinin daimi üzvü idi.


Teqlər:  





Xəbər lenti