Bu gün 50 cinayət törədilib

Bu gün 50 cinayət törədilib
  20 May 2014    Oxunub:958
Mayın 18-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 50 cinayət faktından 16-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 9 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölmüş, 13 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 20 nəfər tutulub.


Teqlər:





Xəbər lenti