Ramazan ayının vaxtı açıqlandı

Ramazan ayının vaxtı açıqlandı
  20 May 2014    Oxunub:1066
Azərbaycanda Ramazan ayının başlanmasını xəbər verən yeni ay iyunun 27-si saat 13:11-də görünəcək.
AzVision.az xəbər verir ki, bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, növbəti ay iyulun 27-də saat 03:43 dəqiqədə təzələnəcək.

Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin ötən il dekabrın 17-də verdiyi qərarla bu il iyulun 28-29-u Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti