Ermənistanın daxili işlər nazirinin prokuror qohumu qarət olundu

   Ermənistanın daxili işlər nazirinin prokuror qohumu qarət olundu
  01 Mart 2023    Oxunub:1093
Ermənistanda maraqlı oğurluq hadisəsi baş verib. “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb ki, ötən şənbə, fevralın 25-də İcevan şəhərində məşhur məmurlardan birinin evi qarət olunub.
"Cinayətkarlar Tavuş vilayətinin İcevan şəhər prokuroru Vasil Sarkisyanın mənzilindən 25 min dollardan çox pul və qızıl-zinət əşyalarını oğurlayıblar", - nəşr yazıb.

Məsələnin ən maraqlı tərəfi isə odur ki, Sarkisyan Daxili işlər naziri Vahe Qazaryanın qardaşı oğludur.
Qeyd olunur ki, artıq İstintaq Komitəsindən hadisənin dəqiqliyi təsdiqlənib. Dəymiş ziyan isə hələlik tam hesablanmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti