"Erməni qüvvələri Azərbaycan ərazisindən hələ də çıxarılmayıb"

   "Erməni qüvvələri Azərbaycan ərazisindən hələ də çıxarılmayıb"
  09 Mart 2023    Oxunub:703
Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur.
AzVision.az xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-ə cavabında qeyd edilib.

“Habelə Qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir”, - məlumatda deyilir.

AzVision.az


Teqlər:



Xəbər lenti