Şəhid Orxanın 40 mərasimi - FOTOLAR

   Şəhid Orxanın 40 mərasimi -    FOTOLAR
  09 Mart 2023    Oxunub:914
Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimi keçirilir.
AzVision.az xəbər verir ki, Gəncədə keçirilən yas mərasimindəTürkiyənin Gəncədə Baş konsulu, icra başısı, deputatlar, eyni zamanda silahlı hücumda yaralanan səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev də iştirak edir.

Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov xəsarət alıblar.

O. Əsgərovun cənazəsi yanvarın 29-u Bakıya gətirilib. O, yanvarın 30-u II Şəhidlər xiyabanında dəfn edilib.









AzVision.az


Teqlər:





Xəbər lenti