AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir. “Bu gün azərbaycanlı mülki şəxs minanın partlaması nəticəsində ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən sonra mina səbəbindən ölən və yaralananların sayı 284 nəfərə çatıb. Beynəlxalq tərəfdaşlar Ermənistanın terroruna biganə qalmamalıdırlar”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gün 13:00 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisindəki Gendərə deyilən yerdə rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Hadıyev
piyada əleyhinə mina ya düşüb.
AzVision.az