ABŞ müdafiə xərclərini artırır

ABŞ müdafiə xərclərini artırır
  10 Mart 2023    Oxunub:901
ABŞ 2024-cü ildə müdafiə xərclərini 3,2 faiz artıraraq 842 milyard dollara çatdıracaq.
Bu, növbəti maliyyə ili üçün ABŞ federal büdcəsi layihəsində öz əksini tapıb. Sənədə görə, 2024-cü maliyyə ilində müdafiə ehtiyacları üçün 842 milyard dollar ayrılması təklif edilir.

“Bu, 2023-cü illə müqayisədə 26 milyard dollar və ya 3,2 faiz çoxdur”, - büdcə layihəsində qeyd olunub. Layihədə nüvə arsenalının modernləşdirilməsinə 37,7 milyard dolların ayrılması da öz əksini tapıb.

AzVision.az


Teqlər:



Xəbər lenti