"Azərbaycan sülhün necə qorunmasıilə bağlı bir çoxlarını ilhamlandırıb" - Latviya prezidenti

Azərbaycanın son illər ərzində oynadığı mühüm rolunu beynəlxalq münasibətlərdə etiraf olunduğunu qeyd edən Egils Levits deyib ki, əslində Azərbaycan siyasi baxımdan, yəni, sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb. Azərbaycan COVID-19 pandemiyasından sonrakı qlobal diskussiyalara aparıcılıq edir.
Latviya Prezidenti vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq, xüsusən onun BMT ilə işbirliyi onun ölkəsi üçün də vacibdir: “Çünki burada beynəlxalq hüquqa hörmətlə yanaşılması və ərazi bütövlüyünə riayət edilməsi çox mühüm məsələdir. Əslində bu, bizim Latviyanın da xarici siyasətinin mühüm bir hissəsidir. Bu, ümumiyyətlə, Azərbaycanın ümumi siyasətinin vacib bir hissəsidir. Təbii ki, bu da ölkələrimiz arasında yaxşı münasibətlərdən irəli gəlir”.
AzVision.az
Teqlər: