Çində bir yaşlı körpənin beynindən doğulmamış əkiz çıxarılıb

   Çində bir yaşlı körpənin beynindən doğulmamış əkiz çıxarılıb
  10 Mart 2023    Oxunub:1002
Çində bir yaşlı uşağın kəllə sümüyündən cərrahi yolla əkiz döl çıxarılıb.
Bu, tarixdə yalnız bir neçə dəfə qeydə alınmış tibbi anomaliyadır. Körpənin beyin əməliyyatı Şanxaydakı Fudan Universitetinin həkimləri tərəfindən aparılıb.

Tibbi ədəbiyyatda bu halla ilk dəfə rastlaşmasa da, həkimlər bunun son dərəcə nadir hal olduğunu bildirirlər.

Körpənin kəllə sümüyünün gözləniləndən böyük olduğu və onun motorikasında problem olduğu üçün xəstəxanaya gətirildiyi bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti