2050-ci ilə qədər Azərbaycanın su ehtiyatları 20 faizə qədər azalacaq

   2050-ci ilə qədər    Azərbaycanın su ehtiyatları 20 faizə qədər azalacaq
  10 Mart 2023    Oxunub:1401
“Su ehtiyatlarımız azdır, proqnozlarımız o qədər də sakitləşdirici deyil”.
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 2050-ci ilə qədər Azərbaycanın su ehtiyatlarının 15-20 faizə qədər azalması gözlənilir: “Suya qənaətli yanaşma, kənd təsərrüfatında sudan səmərəli istifadə əsas məsələdir”.

O əlavə edib ki, ölkənin 25 milyard kub su ehtiyatı var. Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti