Silahlı insidentdə yaralananlardan biri tələbədir

   Silahlı insidentdə yaralananlardan biri tələbədir
  10 Mart 2023    Oxunub:1071
Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident zamanı yaralananlardan biri Azərbaycan Tibb Universitetinin tələbəsidir.
Bu barədə AzVision.az -a Universitetin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova məlumat verib.

"Təəssüf hissi ilə bildirirəm ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb.
Adıçəkilən tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri bitdikdən sonra universitetdən çıxıb".

AzVision.az


Teqlər:





Xəbər lenti