Tədbirin açılış mərasimindən sonra “Dövlət xidmətlərinin təşkilində dizayn əsaslı düşüncənin tətbiqi” mövzusunda təqdimat baş tutub.
Eyni zamanda “Gələcəyin Qarabağı: Onun arzusu” komanda quruculuğu və “Çevik xidmət” ideya müsabiqəsi gerçəkləşib.
Müsabiqə çərçivəsində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş intellektual yarış da baş tutub. O cümlədən ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair təqdimat edilib.
Sonda müsabiqənin mükafatlandırma mərasimi həyata keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev çıxış ediblər.
“Azərişıq” ASC-nin “Zəfər” komandası “Vətəndaşyönümlü həll” nominasiyası, Milli Arxiv İdarəsinin “Xan” komandası “Dayanıqlı həll” nominasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Murovdağ” komandası “Uğurlu təqdimat” nominasiyası, Energetika Nazirliyinin “Ağdam” komandası "Səmərəli həll” nominasiyası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Hadrut” komandası isə “İnnovativ həll” nominasiyası üzrə təltif edilib.




AzVision.az