Astarada keçmiş əri qadını qətlə yetirdi

Bildirilib ki, rayonun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitinin aşkar olunması barədə bağlı məlumat daxil olub.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, qadının keçmiş əri, 1993-cü il təvəllüdlü Yusif Verdiyev hadisəni törətməkdə şübhəli bilinir.
Onun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: