Zakir Fərəcov müavinini işdən çıxardı

   Zakir Fərəcov müavinini işdən çıxardı
  13 Mart 2023    Oxunub:2235
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifədən azad edilib.
AzVision.az APA-ya istinadən məlumat verir ki, bununla bağlı Sumqayıt İcra Hakimiyyətinin başçısı əmr imzalayıb.

Əmrə əsasən, icra başçının müavini, həmçinin İH-nin şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Əliyev Gündüz Aydın oğlu vəzifəsindən azad olunub.

İcra başçısının digər əmri ilə Fərid Ələkbərov Sumqayıt İH başçısının müavini təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti