Britaniya səfiri: "Ərazilərin minadan sürətlə təmizlənməsi ürəkaçandır”

      Britaniya səfiri:    "Ərazilərin minadan sürətlə təmizlənməsi ürəkaçandır”
  13 Mart 2023    Oxunub:931
Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Füzuli rayonunun işğaldan azad edilmiş Seyidəhmədli kəndində yaşayış ərazisinin minalardan və partlayıcı sursatlardan təmizlənməsi prosesini izləyib.
AzVision.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb. “Geri qaytarılmış ərazilərdə minalardan təmizlənmə işlərinin belə sürətlə aparılması ürəkaçandır”, - səfir vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti