Dairəvi yolda dəhşətli qəza, qadın ölüb

 Dairəvi yolda dəhşətli qəza,  qadın ölüb
  14 Mart 2023    Oxunub:1597
Bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də "KİA" markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə AzVision.az -a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova ölüb.

"Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar", - DYP rəsmisi vurğulayıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti