ABŞ-ın Avropa Komandanlığının direktor müavini Bakıda

   ABŞ-ın Avropa Komandanlığının direktor müavini Bakıda
  14 Mart 2023    Oxunub:805
ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana gəlib.
Bu barədə AzVision.az -a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək. Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti