“Gələcəkdə Azərbaycan Avropaya yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək”

   “Gələcəkdə Azərbaycan Avropaya yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək”
  14 Mart 2023    Oxunub:701
Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

“Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir”, - Prezident deyib.

Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlət başçısı bildirib:

“Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti