Azərbaycanla Venesuela arasında əməkdaşlıq məsələləri müzakirə edilib

B.Muradova Hərəkatın Parlament Platformasının yaranmasının əhəmiyyətini qeyd edib və beynəlxalq münasibətlərin qurulmasının ölkələri birləşdirən dəyərlər ətrafında əməkdaşlığı da istisna etmədiyini bildirib: “Buna görə də hər iki ölkə prezidentinin başlatdığı yaxınlaşma siyasətini davam etdirməli və əməkdaşlığın uyğun formalarını tapmalıyıq”.
Gender bərabərliyindən söz açan Dövlət Komitəsinin sədri, müstəqillik qazandıqdan sonra Azərbaycanın bu sahədə böyük yol qət etdiyini dilə gətirib.
Səfir Kristofer Alberto Martinez Berroteran Venesuela və Azərbaycan arasındakı hazırkı əlaqələrin bundan sonra da səmərəli inkişaf edəcəyinə inamını ifadə edib. Qoşulmama Hərəkatına diqqət çəkən səfir hər iki ölkənin müvəqqəti sədrliyi müddətində bu Hərəkatın möhkəmlənməsinə böyük töhfələr verdiyini bildirib, həmçinin təşkilatın yeni sferalarında Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirib.
Dövlət quruculuğu və idarəetmədə qadınların fəal təmsilçiliyindən danışan səfir qeyd edib ki, 20 ildən artıqdır ölkədə qadınlar kişilərlə bərabər müstəqilliyin qorunub saxlanması üçün fəaliyyət göstərir. Ölkəsinin qadın və uşaq hüquqları ilə bağlı son dövrdə qəbul etdiyi çoxsaylı qanunvericilik sənədlərindən söhbət açan Berroteran əlavə edib ki, qəbul edilmiş bu qanunlar, həmçinin dəyərlərin qorunmasına, gənc nəslin və ailələrin formalaşmasına da töhfə verəcək. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Görüşün davamında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və gələcəkdə mümkün əməkdaşlıq layihələrindən bəhs edilib.
AzVision.az
Teqlər: