"Avropanın bir çox ölkəsində müsəlman əhali sıxışdırılır"

   "Avropanın bir çox ölkəsində müsəlman əhali sıxışdırılır"
  15 Mart 2023    Oxunub:1002
"Cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır".
Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fransada hazırda 5 milyon müsəlman yaşayır və müsəlmanlıq bəzi cəmiyyətlərdə marginallaşdırılır: "Mən boş yerə Fransanın adını çəkmədim. Fransada biz islamofobiyanın bir çox təzahürlərini müşahidə edirik".

O əlavə edib ki, Avropanın bir çox ölkəsində müsəlman əhalinin sıxışdırılması prosesi baş verir: "Avropa cəmiyyətləri islamofobiya ilə mübarizəni məhz təhsillə başlamalıdır. Hər bir fərdin hamıya hörmətlə yanaşmalı olduğu məsələsinə həssas olmalıdır. Mən diqqəti Azərbaycanın dövlət siyasətinə çəkmək istəyirəm. Biz muktkulturalizm və tolerantlığı öz dövlət siyasətimizə çevirmişik. Eyni zamanda, bu strategiyanın cəmiyyətimizdə müsbət tərəflərinin şahidi oluruq".

AzVision.az


Teqlər:





Xəbər lenti