Ombudsman Aparatı: "Xocalı soyqırımı islamofobiyanın bariz təzahürüdür"

O bildirib ki, Ermənistan işğalı zamanı Azərbaycanın tarixi və ata-baba torpaqlarında olan bütün mülki obyektlər, mədəniyyət və dini memarlıq abidələri - məscidlər, dini ibadət yerləri, qəbiristanlıqlar amansızcasına dağıdılıb, təhqir və talan edilib.
“Bir çox beynəlxalq təşkilatların nümayəndələri Ermənistanın törətdiyi bu vandalizm aktlarını birbaşa müşahidə edərək öz hesabatlarında qeyd ediblər. Lakin dünyada qanunu pozan, cinayət törədənlərin cəzasız qalması, ikili standartların olması belə faciəvi hadisələrin təkrarlanmasına zəmin yaradır”, - deyə A.Səfixanlı qeyd edib
AzVision.az
Teqlər: