Rektor: "İslamofobiya bütün müsəlman dünyası üçün təhlükədir"

Onun sözlərinə görə, dünyadakı müsəlmanlar bu gün ciddi çağırışlar və problemlərlə üzləşirlər: “Hər birimiz bir çox çətinliklərlə üzləşirik. Ən əsas problem isə islamofobiyadır. Bu, bütün müsəlman dünyası üçün təhlükədir”.
Əl-Cindi vurğulayıb ki, islam qardaşlığa, sülhə, tolerantlığa çağırır və müsəlmanlar bu prinsipləri dünya ictimaiyyətinə düzgün çatdırmaq üçün mübarizə aparmalıdırlar, çünki islamofoblar “korlar icmasıdır”.
O, həmçinin qeyd edib ki, konfrans bu məsələlərin müzakirəsi üçün çox yaxşı platforma olacaq.
AzVision.az
Teqlər: