Talış kəndinə ikinci mərhələdə daha 158 ailə köçürüləcək

O bildirib ki, Qarabağ iqtisadi rayonunda başqa yeni layihələr də həyata keçirilir. “Ağdam, Füzuli, həmçinin Xocavənddə bir sıra layihələndirmə işləri yekunlaşma mərhələsindədir. Füzuli şəhərinin ilk yaşayış məhəlləsində tikinti işləri bu ilin sonunda başa çatmalıdır. İşlər sürətlə davam edir. Eyni zamanda, Ağdam rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan yaşayış məhəllələrində tikinti işlərinə, eləcə də Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində bərpa-quruculuq işlərinə başlanılacaq. Paralel olaraq bu ilin sentyabr ayından Füzuli rayonunda Pirəhmədli, Dədəli və ikinci ağıllı kənd olan Dövlətyarlıda bərpa-tikinti prosesinə start veriləcək. Bu proseslərin hər biri qrafikə uyğun aparılır, yüksək səviyyədə və vaxtında təhvil veriləcək”.
Emin Hüseynov Qarabağ iqtisadi rayonunda ikinci köçün Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinə olacağını bildirib, həmçinin Hadrut qəsəbəsi və Tuğda tikinti işlərinə başlanılacağını, gələn il isə həmin yerlərə köç olacağını söyləyib.
AzVision.az
Teqlər: