Zəngilandakı abituriyentlər başqa yerdə imtahan verəcək

 Zəngilandakı abituriyentlər başqa yerdə imtahan verəcək
  17 Mart 2023    Oxunub:926
Zəngilan rayon Ağalı kənd orta məktəbində məzun olan 3 abiturieynt orada qəbul imtahanı verməyəcək.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, buraxılış imtahanı əsasən məzunlar məktəblərinə yaxın olan yerdə keçirilsin.

“Zəngilanda bir məktəb var. 9-cu sinifdə də orada buraxılış imtahanı olacaq. Qəbul imtahanlarının keçirilməsi mərkəzi yerləri var. Bu əsasən imtahan verənlərin sayına uyğun seçilir. 3 abituryent üçün Zəngilanda qəbul imtahanı keçirə bilməyəcəyik”.

AzVision.az



Teqlər:



Xəbər lenti