Sərhəd-buraxılış məntəqələrində qısamüddətli ləngimələr yaranıb

   Sərhəd-buraxılış məntəqələrində qısamüddətli ləngimələr yaranıb
  18 Mart 2023    Oxunub:815
Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti