"Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı konfranslar təşkil edilir"

 "Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı konfranslar təşkil edilir"
  18 Mart 2023    Oxunub:865
"Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər".
AzVision.az xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində səsləndirib.

Dövlət başçısı qeyd edib: “Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyi”ni tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi”.

AzVision.az


Teqlər:





Xəbər lenti