Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib - VİDEO

   Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib -    VİDEO
  19 Mart 2023    Oxunub:960
Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Aİ səfiri təbrik videosunu özünün “Twitter”dəki səhifəsində yerləşdirib.

“Əziz Azərbaycan xalqı, bahar ətirli, sevgi dolu Novruz üzünüzə gülsün. Süfrəniz bərəkətli, ruziniz bol olsun!

Əzizinəm yaz gəlsin,

Yaz gəlsin, bahar gəlsin,

Bu Novruz bayramında,
Qəm getsin, sevinc gəlsin.

Novruz bayramınız mübarək olsun!” - Peter Mixalko paylaşımında deyib.

Səfir sonda xanımıyla Novruzun ənənələrindən olan yumurta döyüşdürüb.



AzVision.az


Teqlər:





Xəbər lenti