Bu tarixlərdə ASAN Xidmət işləməyəcək

   Bu tarixlərdə ASAN Xidmət işləməyəcək
  19 Mart 2023    Oxunub:1040
Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, bazar günü ASAN Kommunal mərkəzlərində qeyri-iş günüdür.
AzVision.az


Teqlər:





Xəbər lenti