Baş prokuror İlyas İsmayılovla görüşüb medal təqdim etdi - FOTOLAR

Baş prokuror İlyas İsmayılovla görüşüb medal təqdim etdi -    FOTOLAR
  20 Mart 2023    Oxunub:881
Martın 20-də Baş prokuror Kamran Əliyev bu gün 85 illik yubileyini qeyd edən Azərbaycan SSR prokuroru, prokurorluğun veteranı İlyas İsmayılovla görüşüb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, K.Əliyev İ. İsmayılova Baş Prokurorluğun kollektivi adından təbriklərini və xoş arzularını çatdırıb, onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib.

Görüş zamanı K. Əliyev və İ.İsmayılov xatirələrini bölüşüb, səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.
Həmçinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu gün İlyas İsmayılova zəng edərək ona prezident İlham Əliyevin təbrikini çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti