Şuşada bayram tonqalı qalandı

Şuşada bayram tonqalı qalandı
  20 Mart 2023    Oxunub:968
Bu gün Şuşada Novruz bayramı ilə əlaqədar bayram tonqalı qalanıb.
AzVision.az xəbər verir ki, Şuşa şəhərinin ərazisində təşkil olunan şənlikdə musiqiçilər, aşpazlar ictimai fəalları tək buraxmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

Bu il Azərbaycana yaz fəsli martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-də qədəm qoyacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti