AŞ-nin "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyanın Əlavə Protokolu terrorçuluq məqsədilə birlik və ya qrupda iştirak etmək, terror təliminə cəlb olunmaq, terrorçuluq məqsədi ilə xaricə səfər etmək və ya belə məqsədli səfəri təşkil etmək və maliyyələşdirməyi cinayət əməli kimi müəyyən edir, həmçinin sürətli məlumat mübadiləsini asanlaşdıran sutkada 24 saat fəaliyyət göstərən milli əlaqələndiricilər şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
Müvafiq dövlətdaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra, bu Əlavə Protokol, onun 10-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minəcək və ölkəmizin terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığa əlavə töhfə verməsinə xidmət edəcək.

AzVision.az